Finlandiyanın Helsinki Universiteti mülki itkilər və Qəzzada humanitar vəziyyətin pisləşməsi səbəbindən İsrail universitetləri ilə tələbə mübadiləsi müqavilələrini dayandırıb.
7NEWS.az xəbər verir ki, Helsinki Universitetinin qərarı tələbələrin İsrail universitetləri ilə əməkdaşlığa son qoyulmasına qarşı bir aydan çox davam edən etiraz aksiyalarından sonra verilib. Universitetdən verilən yazılı açıqlamada, İsraildəki universitetlərlə tələbə mübadiləsi müqavilələrinin "Mülki itkilər və Qəzzada humanitar vəziyyətin pisləşməsi səbəbindən” dayandırıldığı qeyd edilib.
7NEWS.az








