RU
HƏMAS ABŞ-nin Qəzzada atəşkəs barədə təklifini rədd edəcək
11:30
24

HƏMAS ABŞ-nin Qəzzada atəşkəs barədə təklifini rədd edəcək

HƏMAS Qəzza sektorunda atəşkəs barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən edilən yeni təklifi rədd edəcək.

Bu barədə "BBC" HƏMAS-ın nümayəndəsinə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, HƏMAS İsrailin təsdiqlədiyi Uitkoffun təklifini qəbul etməyəcək, çünki bu təklif müharibənin dayandırılması da daxil olmaqla radikalların əsas tələblərinə cavab vermir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ