RU
HƏMAS-ın hücumları nəticəsində 900-dən çox israilli həlak olub
11:00
20

HƏMAS-ın hücumları nəticəsində 900-dən çox israilli həlak olub

Fələstinin radikal HƏMAS hərəkatının hücumları nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 616 nəfər yaralanıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Qəzza zolağından İsrailə azı 4,5 min raket atılıb, İsrail ordusu isə ümumilikdə 1 290 hədəfi vurub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ