RU
HƏMAS Qəzza banklarından 108 milyon dollar oğurlamaqda ittiham edilir
10:30
23

HƏMAS Qəzza banklarından 108 milyon dollar oğurlamaqda ittiham edilir

HƏMAS hərəkatının üzvləri Qəzza zolağında yerləşən banklardan 400 milyon şekeldən çox maliyyə vəsaiti (təxminən 108,04 milyon ABŞ dolları) oğurlayıblar.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri "X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, HƏMAS müharibə zamanı maliyyə çətinlikləri ilə üzləşib və onun üzvləri Qəzzada yerləşən Fələstin Bankının filiallarından 400 milyon şekeldən çox maliyyə vəsaiti oğurlayıblar: "Bunu HƏMAS-ın yüksək rütbəli rəsmisinin yazdığı sənəd təsdiqləyir”.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ