"Qəzzada atəşkəs və məhbus mübadiləsi üçün İsraillə real danışıqlar yoxdur və Netanyahunun tələb edəcəyi təqdirdə razılaşmaya hazırıq".
7News.Azxarici mediaya istinadən xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Halil əl-Hayye Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.
O bildirib ki, sülh prosesiylə əlaqədar hələlik heç bir nəticə də yoxdur:
"Hazırda real danışıqlar yoxdur. Danışıqlar iki həftədir davam edir, lakin heç bir nəticə yoxdur. Təəssüf ki, vaxt itiririk. Netanyahu məhbus mübadiləsini istəsə biz hazırıq".








