7NEWS.az xəbər verir ki, Həmas-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları, əsir götürdükləri əcnəbi vətəndaşların bir qismini Qəzzada saxlamaq istəmədikləri üçün vasitəçilərə məlumat verdiklərini açıqladı. Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde videomüraciətində İsrailin blokadası altında olan Qəzza zolağında saxlanılan israilli və əcnəbi məhbuslardan danışıb.
Əbu Ubeyde, müxtəlif ölkələrdən gələn tələblər əsasında əllərində olan əcnəbi əsirlərin bir qismini Qəzzada saxlamaq istəmədikləri üçün yaxın zamanda azad edəcəklərini vasitəçilərə çatdırdıqlarını bildirib.
7NEWS.az








