RU
Həmcinsi ilə ailə quran kişi müğənninin qızı dünyaya gəldi - FOTO
17:10
759

Həmcinsi ilə ailə quran kişi müğənninin qızı dünyaya gəldi - FOTO

Həmcinsi ilə ailə quran kişi müğənni qızının dünyaya gəldiyini açıqlayıb.

7News.Az Skynews-a istinadla xəbər verir ki, puerto rikolu müğənni Riki Martinin qızı doğulub.

Qızına Lusiya adını verən müğənni onun şəklini çəkərək şəxsi Instagram hesabında yayıb. O, qızının dünyaya gəldiyinə görə çox xoşbəxt olduğunu qeyd edib.

 

"Onun əkiz qardaşları, mən və ərim ona aşiq olduq", - Riki Martin fotoya şərh olaraq yazıb.

Qeyd edək ki, Martinin Matteo və Valentino adlı əkiz uşaqları var. Onlar surroqat ana vasitəsi ilə doğulub. Riki Martin 2018-ci ilin əvvəlində həmcinsi Jwan Yosef ilə evlənib. Yeni körpəni də surroqat ana dünyaya gətirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ