RU
Həmkarını öldürən polis əməkdaşı apellyasiya şikayəti verib
11:56
697

Həmkarını öldürən polis əməkdaşı apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində Rabil İbayevin CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.2 (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

7news.az xəbər verir ki, bu il aprelin 18-də Xətai RPİ 36-cı polis bölməsi və Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri ilə yanmış naməlum kişi meyiti aşkar ediblər. İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, meyitin üzərində kəsilmiş-dəşilmiş yaraların olması müəyyən edilib, bu da ona dəlalət edib ki həmin şəxsə yandırılmamışdan əvvəl bıçaqla xəsarətlər yetirilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, ölən şəxs İmişli RPŞ-nin polis nəfəri Muxtar Kazımzadədir (1988-ci il təv.).
İstintaqla müəyyən olunub ki, M.Kazımzadə R.İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alıblar, buna görə aprel ayında Bakıya imtahana gələrək Xətai rayonunda ev kirayələyiblər. Muxtar Kazımzadənin şəxsiyyəti aydınlaşdırıldıqdan sonra şübhəli şəxs qismində dindirilən Rabil İbayev əvvəl yoldaşının yoxa çıxmasından xəbəri olmadığını bildirib, lakin sonra törətdiyi cinayəti etiraf edib. O, iş yoldaşının özünə məxsus avtomobili satdığını bildikdən sonra pulu ələ keçirmək qərarına gəlib, buna görə İbayev tamah niyyəti ilə onu bıçaqlayaraq, qətlə yetirib. Cinayətin açılacağından qorxaraq Kazımzadənin meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb. Sonra üzərində qan ləkələri olan xalçalarl yudurtdurub.
Muxtarın mobil telefonuna zəng çatmadığını görən yaxınları, bir müddət sonra onun kirayədə yaşadığı evə gələrək, onun yoxa çıxmasını müəyyən ediblər və bu səbəbdən Xətai RPİ 36-cı polis bölməsinə məlumat veriblər.

Bəzi KİV-i məlumat yayıblar ki, Rabil İbayevin səhhətində ciddi prooblemlər olub, buna görə də o həyat yoldaşı ilə boşanıb. Belə ehtimal var ki, İbayevi bu cinayəti törətməyə sövq edən səbəblər arasında onun psixoloji problemləri səbəb olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbayev cəzasının ilk 5 ilini həbsxanda, qalan hissəsini ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

İlkin baxış yanvarın 6-na təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ