Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın Xarici İşlər naziri Jan-Mark Eroyla telefon əlaqəsi yaradaraq, onunla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
7News.Az xarici mətbuata istinadən bildirir ki, Lavrov problemin gərginliyi artırmaqla yanaşı, sabitliyi pozduğunu və regional inkşafı ləngitdiyini bildirib. O qeyd edib ki, münaqişə yalnız sülh yoluyla və müzakirələrlə həllini tapa bilər. Rus diplomat bunun üçün ATƏT-in Minsk qrupunun fəal şəkildə yenidən işə başlamasının vacibliyini önə çəkib. Lavrovun fikirlərini dəstəkləyən fransalı həmkarı da müharibənin arzuolunmaz yol olduğunu bildirib. O, tərəfləri sülhə çağıraraq, münaqişəni danışıqlar yolyla həll etməyi təklif edib.
7News.Az








