Cəlilabad rayonunda qanlı hadisə baş verib.
7News.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 18-də Cəlilabad rayonunun Əliabad kəndində kənd sakini Fariz Əhmədov münaqişə zəminində həmkəndlisi Faiq Hümbətova dəryazla xəsarət yetirib. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əhmədov tutulub.
Araşdırma aparılır.








