RU
Həmkəndlisinin evindən oğurluq edən Yardımlı sakini tutulub
12:43
487

Həmkəndlisinin evindən oğurluq edən Yardımlı sakini tutulub

Həmkəndlisinin evindən oğurluq etmiş Yardımlı sakini hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bu barədə məlumatı Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi, polis mayoru Fuad Rzayev verib.
 
Onun sözlərinə görə, rayonun Zevin kənd sakini Nizami Əlişov RPŞ-ə ərizə ilə müraciət edərək evindən oğurluq edildiyini bildirib. Şöbə əməkdaşlarının apardıqları əməliyyat-axtarış  tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən  kənd sakini Mirqasım Qədirov isti izlərlə saxlanılıb.
 
İlkin dindirilmə zamanı M. Qədirov törətdiyi əməli etiraf edib. O, evə pəncərəni sındrımaq yolu ilə daxil olduğunu və mənzildən 600 manat pulu götürdüyünü deyib. Əldə etdiyi pulu isə Bakıya gedərək xərcləyib.
 
Yardımı Rayon Məhkəməsinin qərarı ilə M. Qədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir./apa
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ