RU
Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər
19:00
692

Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.

7news.Az xəbər verir ki, bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

"Həmsədrlər tərəflərlə təmasları davam etdirir və bu ayın sonunda BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır”, - deyə diplomat qeyd edib.

C. Uorlik həmsədrlərin gələn həftə Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrov və digər rəsmilərlə görüşməyə ümid etdiklərini də diqqətə çatdırıb: "Moskvada Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılıqların həyata keçirilməsini müzakirə etməyi nəzərdə tuturuq. Həmçinin, danışıqlar masasındakı hərtərəfli həllə gətirib çıxaracaq təkliflər də daxil olmaqla, növbəti addımlar barədə müzakirələr aparmağı planlaşdırırıq”.
 
7news.Az


Həmsədrlərin sentyabrın 8-də Moskvada məsləhətləşmələr aparması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ