Növbəti görüş iyunda baş tutacaq.
Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Dezir, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışında irəliləyişə nail olmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşüblər.
Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırıblar.
7News.Az xəbər verir ki, bu barədə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.








