ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şefer, İqor Popov, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü baş tutub.
Bu barədə 7news.Az Aysor.am-a istinadən xəbər verir.
Görüşdə tərəflər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər. Həmçinin, münaqişə zonasındakı vəziyyət, problemin sülh yolu ilə nizamlanmasına dair səylər müzakirə olunub.
7news.Az







