“ATƏT-in Minsk qrupu həmsədrləri ilə yeni görüşün keçirilməsi gözlənilir”.
7News.Az-ın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müsahibəsində deyib. Onun sözlərinə görə, görüş yaxın vaxtlarda baş tutacaq.
Nazir görüşün yeri və vaxtı barədə əlavə məlumat verməyib. Nalbandyan rəsmi Tehranın münaqişənin nizamlanmasına töhvə vermək istəyinə müsbət yanaşdığını da diqqət çəkib.
Xatırladaq ki, həmsədrlərin regiona son səfəri ötən il oktyabrın 26-28 oktyabr tarixlərində baş tutub.








