“Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır”.
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi yollarının axtarışını alqışlayır və sülh yolu ilə həllə sadiq qalan tərəflər ilə əməkdaşlığa hazırdırlar.
7News.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin -Ceyms Uorlik ABŞ, İqor Popov (Rusiya) və Pyer Andryunun (Fransa) birgə bəyanatında deyilir.
“Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır.
Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”.








