İstisu qəsəbə sakini İ.Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
7News.Az DİN-in saytına istinadən xəbər verir ki, Lənkəran rayonunun İstisu qəsəbəsində qəsəbə sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubov tutulub.








