Iranda xərçəng xəstəliyinin yayılması ilə bağlı yeni statistik göstəricilər açıqlanıb.
7News.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
İranın Radioonkologiya Cəmiyyətinin rəhbərinin müavini Yaşa Məxdumi müsahibəsində ölkədə xərçəng diaqnozlarının artdığını bildirib.
O qeyd edib ki, ölkədə hər il orta hesabla 170-180 min yeni xərçəng hadisəsi aşkarlanır. Onun sözlərinə görə, bu rəqəm 200 min kimi götürüldükdə, statistik baxımdan hər 5 dəqiqədə təxminən 1,6-1,9 yeni xəstə deməkdir.
O əlavə edib ki, İranda xərçəngin artım tempi qlobal orta göstəricidən bir qədər yüksəkdir. Lakin bu, ölkənin xərçəngin ən geniş yayıldığı ölkələr sırasında olduğu anlamına gəlmir.
Qeyd edək ki, "1,6-1,9 nəfər" ifadəsi riyazi hesablamaya əsaslanan orta göstəricidir və gündəlik dildə bu, hər 5 dəqiqədə təxminən 1-2 nəfərə xərçəng diaqnozu qoyulması deməkdir.








