RU
15:30
519

"Hər dəfə görürdüm ki, üstündə qızıl var" - Qonşusunun evini soyan oğru - VİDEO

Şəmkirdə oğurluq hadisəsi baş verib.

7news.Az ARB TV-yə istinadla xəbər verir ki, Şəmkir sakini Məhsəti Aslanovanın mənzilindən oğurluq bir göz qırpımında baş verib.


Amma ev sahibi talandan bir neçə gün sonra agah olub. Özünün və evində qonaq olan şəxsin qızıl-zinət əşyalarını yerində tapmayan qadın birbaşa polisə üz tutub.

Məhsəti Aslanova - Zərərçəkən: "Mən istədim götürüm qızılları taxım. Baxanda gördüm qızıllar yoxdur. Qonaqdan soruşdum, o da dedi məndə səninlə gedib qayıtmışam. Baxdım ki, bijüteryalar da yoxdur. Qonaq açdı öz çantasını, dedi Məhsəti gümüşlərim də yoxdur mənim. Evə oğru girib".

Oğurluğun üstünü açmaq üçün hadisə yerinə gələn polisin ilkin araşdırması evdən 4 min manat dəyərində qızıl, eləcə də 400 manat civarında bəzək əşyalarının oğurlandığını ortaya çıxarıb. Məlum olan həm də oğrunun kimliyi olub. Zərərçəkənin qonşusu 23 yaşlı Emin Səfərli şübhəli şəxs qismində saxlanılıb.

İstintaqın gedişində Emin Səfərli əməlini etiraf etməklə oğurladığı əksər bəzək əşyalarını istintaqa təqdim edib.

Emin Səfərli- saxlanılan şəxs: "Qapıbir qonşumuzdur. Çölə çıxanda tez-tez görürdüm ki, üstündə qızıl var. Evlərində qonaq var idi. Bir gün çölə çıxanda gördüm ki, çöldə maşın yoxdur. Bildim ki, evdə yoxdular. Pəncərədən içəri daxil oldum. Oradan qızılları götürüb elə pəncərədən də çıxıb qaçdım".

Əvvəllər də eyni əmələ görə məsuliyyətə cəlb olunan Emin Səfərlinin barəsində yenidən cinayət işi başlanılıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Qonşunun evindən oğurluq etdi - ARB TV

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ