Yay aylarının ən sevilən desertləri arasında dondurma xüsusi yer tutur. Lakin onun gündəlik qəbulu sağlamlıq sistemində müəyyən mənfi təsirlərə yol aça bilər.
7News.Az xarici KİV-ə istinadən gündəlik dondurma qəbulunun hansı mənfi nəticələrə yol açdığını təqdim edir:
Dişlərin çürüməsinə səbəb olur
Şəkər istehlakı dişlərin çürüməsinə şərait yaradır. Bir çox dondurma şəkərlə hazırlandığından hər gün onu yemək sağlam dişlərə ciddi ziyan vura bilər.
Dondurma yuxu rejiminə təsir göstərir
Xüsusilə, gecələr daha çox şəkər istehlak etmək vücudunuzun faydalana biləcəyi dərin və canlandırıcı yuxu miqdarını azaldır.
Ətraflı
Kilo almağınıza yol açacaq
Dondurma yüksək miqdarda kalori ehtiva edə bilər və bu, arıqlamaq istəyən insanlara məqsədlərinə çatmaqda kömək etməyəcək bir amildir. kökəlmək istəmirsinizsə, gündəlik bir porsiya dondurma yeməyi vərdiş halına salmağınız yaxşı olmaya bilər.
Qaraciyər xəstəliyi riskiniz artırır
Yüksək şəkər miqdarlı dondurma qaraciyər xəstəliyi inkişaf riskinin artmasına və ya bədəninizdə artıq yağ yığılmasına səbəb olacaqdır
Ürək sağlamlığına mənfi təsir göstərir
Həddindən artıq şəkər ürək sağlamlığınıza mənfi təsir göstərə bilər. Amerika Ürək Dərnəyi əlavə şəkər kalorisinin hər gün 6 faizdən çox olmamasını tövsiyə edir.








