RU
17:15
394

"Hər iki ölkə dərs götürdü" - Mövlud Çavuşoğlu

"Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə böhran səhifəsini bağlamaq, bütün ticarət və viza məhdudiyyətlərini aradan qaldırmaq və gələcək strateji əlaqəlar barədə düşünmək vaxtıdır”.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Rusiya mətbuatına müsahibəsində belə deyib. Onun sözlərinə görə, hər iki ölkə böhrandan dərs götürərək, bir-birinə nə dərəcədə vacib olduğunu anlayıb. Çünki, Rusiya ilə Türkiyənin iqtisadiyyatı qarşılıqlı olaraq bir-birini tamamlayır.

Nazir bildirib ki, Rusiya Türkiyəni əsas enerji resursları ilə təmin edən ölkədir. Türkiyə isə Rusiya bazarlarını təzə meyvə-tərəvəz məhsulları ilə təmin etmək üçün əlverişli təkliflər irəli sürür. Onu da qeyd edək ki, iki ölkə arasında münasibətlərin daha da normallaşması üçün Türkiyə və Rusiyanın Xarici İşlər nazirləri bu həftə Antalyada bir araya gələcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ