Hər il 11 oktyabr Beynəlxalq Qızlar Günü qeyd olunur
7NEWS.az xəbər verir ki, hər il oktyabrın 11-də Beynəlxalq Qız Uşaqları Günü qeyd olunur. Bayram 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının qızların cinsinə görə üzləşdiyi bərabərsizliyə diqqəti artırmaq üçün qəbul etdiyi qətnamə ilə başladı. Bu qərar xüsusilə inkişaf etməkdə olan ölkələrdə qızların erkən ərə verilməsi, təhsil hüququndan məhrum edilməsi, gender bərabərsizliyi kimi problemlərə diqqəti cəlb etmək və onları həll etmək məqsədi daşıyırdı.