Tamaşaçılar bəzi filmlərdə gördükləri cütlük haqda "bunlar mütləq həyatda sevgi olmalıdılar" deyə fikirləşir.
Amma heç də hər zaman tamaşaçının bu mənada istəyi aktyorlar üçün maraqlı olmur.
Tamaşaçıların ən çox bir-birinə yarışdırdığı cütlükləri təqdim edir.
Cennifer Lourens və Bredli Kuper - Bir yerdə çəkildikləri "Silver Lining Playbook" ("Mənim sevgilim psixdir") və"Serena" filmlərindən sonra onların sevgili olması xəbəri yayılmışdı. Lakin hər ikisi bunu təkzib etdi. Cennifer bir müddəK 
Selena Qomez hətta Castin Biberlə sevgili olanda fanatlar tərəfindən təhdidlər alırdı ki, Teylor Lautnerdən ayrılsın. Selenanın fanatları isə əksini istəyirdi, çünki onlar gənc ifaçını Teylorla yaraşdırırdılar. 
Orlando Blum və Kira Naytli - "Karib dənizinin quldurları" filmindən sonra tamaşaçılar onları o qədər yaraşdırırdı ki, artıq sevgili olduqları xəbərləri yayılmışdı. Lakin onlar ən yaxın dostlara çevrildilər. Kira Naytlinin bu yaxınlarda Ceyms 
Corc Kluni və Sandra Ballok - Bir neçə layihədə birgə yer alan cütlüyün fanatları onların ailə qurmalarını istəyirdi. Ancaq onlar da çox yaxın dostlara çevrildilər. 
Keyt Uinslet və Leonardo DiKaprio - "Titanik" filmindən sonra daha bir ekran işində rol alan ikili çox yaxın dostdurlar. Tamaşaçılar onları nə qədər sevgili kimi görsə də, Keytin toyunda atasının əvəzinə onu bəyə DiKaprio təqdim etdi. 
Şarliz Teron və Kianu Rivz - "Şirin noyabr" və "Şeytanın vəkili" filmlərində yer alan cütlük kənarda sevgili kimi görünsələr də, həyatda çox yaxın dostdurlar.








