Avtomobildə olan digər sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu, 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu, 1992-ci il təvəllüdlü Asim Çingiz oğlu dərhal Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb.
7News.az-ın məlumatına görə, hadisə baş verən günü avtomobili idarə edən şəxs- Bəhməniyar Məmmədqasımov Xızıya yaxın dostlarının ad günü mərasiminə gedirmiş. Avtomobildə dünyasını dəyişən Elçin Qəhrəmanovun yaxınlarının bildirdiyinə görə, dəhşətli qəzadan onlar gec xəbərdar olublar:
"Sürücü sərxoş olduğundan idarəetməni itirib və maşını aşırıb. Elçin arxa oturacaqda oturub, yaxın dostları ilə birlikdə digər dostunun ad gününə gedirmiş. Ağlamıza da gəlməzdi ki, onu belə vaxtsız itirə bilərik. 2 oğul atasıdır, amma, böyüyün 8, digər uşağın isə 5 yaşı var. Hazırda uşaqlar atasının ölümündən xəbərsizdir. Onları nənəsigilə aparıblar. Həyat yoldaşı hələ də şokdadır, ərinin ölümünə inana bilmir. Çox çətinliklə də olsa uşaqları üçün rahat həyat qurmağa çalışırdı. Nə yazıq ki, yolun sonuna çata bilmədi... "
HƏYAT YOLDAŞININ FƏRYADI:
"Uşaqlarım hər qapı döyülən atamdır deyib, qaçırdılar. Artıq heç kim qapımızı döyməsin. Mən onlara verəcək cavab tapa bilmirəm. Onsuz mənə çox çətindir, hər şey, hətta, həyat da..."
Qeyd edək ki, hadisə ilə bağlı Xızı RPŞ tərəfindən araşdırma aparılır.//big.az
7News.az










