RU
Hər rus əsgərinin başına 10 min dollar pul qoyuldu
23:09
455

Hər rus əsgərinin başına 10 min dollar pul qoyuldu

Suriyadakı Rusiya qoşunları “ən-Nüsra Cəbhəsi” yaraqlılarına endirilən dünənki aviazərbələrdən sonra islamçıların hədəfinə çevrilib. Onlar hər rus əsgərinin başına 1 milyon Suriya lirəsi məbləğində mükafat təyin ediblər.

Bu barədə məlumatı rusiyalı jurnalist İlya Varlamov öz bloqunda yayıb. Jurnalist bu zaman “ən-Nüsra Cəbhəsi”nin Twitter səhifəsinə istinad edib.

“Yerli islamçılar, İŞİD yox, “ən-Nüsra Cəbhəsi” bir rus əsgərinin başına 1 milyon Suriya lirəsi, yəni təxminən 10 min ABŞ dolları pul mükafatı təyin edib” - deyə İ.Varlamov yazır.

Qeyd edək ki, Rusiya bir neçə gün əvvəl Suriyaya qoşun yeridib. Hazırda bu ölkədə rus əsgərləri anti-Əsəd qüvvələrə qarşı döyüşür.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ