Bu gün KİVDF-nin təşkilatçılığı ilə Aərbaycan jurnalistlərinin, KİV-nin Novruz bayramı tədbiri keçirilib.
7news.Az xəbər verir ki, tədbirdə prezidentin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da çıxış edib. Əli Həsənov mətbuata dövlərt dəstəyi haqda danışıb:
“Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycan iqtidarı və şəxsən prezident İlham Əliyev həmişə mətbuatın yanında olub. Bu ənənə mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin prezidentlik dönəmində dəfələrlə mətbuata böyük dəstək göstərilib və bu dəstək bu gün də davam edir. Bugünkü reallıq, yaşanan iqtisadi çətinliklər dönəmində media da çətinliklərdən qaça bilmir, problemlər yaşayır. Lakin hər şey nəzarətimiz altındadır. Ölkə mətbuatının durumunu ciddi təhlil edirik. Biz çalışırıq ki, mətbuatın bu prosesdən maksimum az itki ilə çıxmasına köməklik göstərək”.
7news.Az








