RU
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
13:07
426

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Müdafiə Nazirliyi məlumat yaydı.

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sentyabrın 28-dən oktyabrın 2-dək Almaniyanın Oberammerqau şəhərində enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursu, 29-dan noyabrın 13-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kurs, 30-dan oktyabrın 1-dək Helsinki şəhərində Əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ