RU
Hərbçilərimiz Türkiyəyə yola düşdülər
23:00
1271

Hərbçilərimiz Türkiyəyə yola düşdülər

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, martın 7-dən başlayacaq “TURAZ Şahini -2016” təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konyadakı aviabazaya gediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər martın 25-dək davam edəcək.

Qeyd edək ki, artıq ikinci dəfədir Türkiyədə keçiriləcək müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

7news.Az

 

Hərbçilərimiz Türkiyəyə yola düşdülər - Fotolar
Hərbçilərimiz Türkiyəyə yola düşdülər - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ