RU
Hərbçilərin müraciətlərinə baxılma müddəti
13:17
1411

Hərbçilərin müraciətlərinə baxılma müddəti

Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.

7news.Az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Hərbi qulluqçuların statusu haqqında" qanuna bununla bağlı dəyişiklik layihəsi təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması nəzərdə tutulur. 

Xatırladaq ki, hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir. 

Dəyişiklik layihəsi müzakirələrdən sonra mayın 31-də keçiriləcək son plenar iclasına tövsiyə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ