Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib. Qeyd edək ki, E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.