Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycandadır.
7News.Az-a Aİ-nin mətbuat xidməti nümayəndəliyindən verilən məlumata görə, H.Zalber üçgünlük səfər çərşivəsində Bakıda rəsmi şəxslər ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə ediləcək.








