RU
Hərbi bazada PARTLAYIŞ:
12:22
1996

Hərbi bazada PARTLAYIŞ:

Cənubi Koreyada hərbi dəniz donanmasının bazasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

7News.az bildirir ki, hadisə ölkənin cənubunda yerləşən Kyonsan-Namdo əyalətinin Çxanvon şəhərinin ərazisində qeydə alınıb.

Partlayış sualtı qayıqların təmir edildiyi yerdə olub.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Məlumata görə, partlayışın dalğası fəhlələrdən birini dənizə vurub atdığından onun axtarışı aparılır. Ölən və xəsarət alanların zabit olduğu da bildirilib.

Partlayış təmir qurğusunun sınağı zamanı baş verib.

Hadisə ilə bağlı istintaq başlayıb./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ