Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes "Paramakay” hərbi bazasına hücumun təşkilatçılarının saxlanıldığını bildirib.
Bu barədə Nazir "Twitter” hesabında yazıb.
"Venesuela xalqına bildirmək istəyirəm ki, təhlükəsizliyi orqanlarının qətiyyəti nəticəsində 41-ci zirehli tank briqadasına olan hücumunun təşkilatçıları saxlanılıblar”, - deyə Padrino Lopesin yazıb.
Bundan əvvəl vitse-prezident Diosdado Kabelo hücumu terror hadisəsi kimi qiymətləndirib.
Ölkə başçısı Nikolas Maduro isə hücum nəticəsində 2 nəfərin öldüyü, daha 1 nəfərin isə yaralandığını bildirib. /qafqazinfo
7news.Az








