Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus helikopteri Herrero ştatında qəzaya uğrayıb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizliyi üzrə koordinasiya qrupunun nümayəndəsi Roberto Alvares Erediya deyib.
Müdafiə Nazirliyi helikopterin 10:40-da qəzaya uğramasını təsdiq edib.
Artıq xilasetmə əməliyyatlarına başlanılıb.
Hadisə nəticəsində ölənlər barədə məlumat verilmir.
7news.Az







