Nazir Nazirlər Kabinetinin iclasında çıxış edib.
Ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ildə dövlət büdcəsi xərclərinin 17,9%-i həcmində və yaxud 2014-cü illə müqayisədə 2,7%-bənd çox vəsait ayrılıb.
Bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.
“Ölkə Prezidentinin müvafiq Fərmanının icrası olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə 744 mənzil verilib”, - deyə S.Şərifov əlavə edib.
7news.az








