7News.az-ın "Dayli Mail”ə istinadla verdiyi xəbərə görə, ABŞ ordusunda xidmət etmiş eks-snayper 42 yaşlı Ceremi Elmor Texas ştatının El Paso şəhərində yaşayır.
3 övladı olan Elmorun sevimli hobbisi odlu silahlardır. O, tüfənglərdən birini (M24) təmizləməyə qərar verəndə həyat yoldaşı və övladları qonaq gediblər. Nişangahı yoxlamaq istəyən Elmor pəncərədən küçəyə nəzər salıb və bu zaman yolun əks istiqamətində yaşayan qonşuları Frederik və Lidiya Koulun iki övladı ilə birgə stullara bağlanmış vəziyyətdə mətbəxdə əyləşdiklərini görüb. Nə baş verdiyini dərhal anlayan Elmor ilk olaraq 911-ə zəng vurub və baş verənləri izləməyə başlayıb. Vəziyyətin gərginləşdiyini görərək hərəkətə keçməyə qərar verib. İlk atəşlə xanım Koulun yanındakı cinayətkarı zərərsizləşdirib. Digər iki nəfər nə baş verdiyini anlamayaraq yerlərində donmuş şəkildə qalıblar. Fürsətdən istifadə edən Elmor rahat nişan alaraq daha iki atəş açıb. Hadisə yerinə gələn polis iki nəfərin öldüyünü üçüncünün isə yaralandığını təsdiqləyib. Elmora qətiyyətli fəaliyyətinə görə təşəkkür ifadə edilib.
7News.az








