RU
Hərbi təyyarə qəzaya
14:50
1144

Hərbi təyyarə qəzaya

Dəməşq yaxınlığında Suriyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Dəməşqdən şimalda yerləşən əl-Kalamun şəhəri ərazisində baş verib. İlkin ehtimala görə, təyyarə Ceyş əl-İslam terror qruplaşması tərəfindən vurulub.

Bildirilir ki, MİQ-23 təyyarəsi təlim uçuşu həyata keçirirmiş. Pilot qəzadan öncə təyyarəni tərk etsə də taleyi hələlik məlum deyil. Onun axtarışı üzrə əməliyyat aparılır.

Suriya KİV-i isə təyyarənin qəzaya uğramasına səbəbin texniki nasazlıq olduğunu yazır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ