Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
İclası açıq elan edən spiker Oqtay Əsədov cari məsələlərə yer ayırıb. Xatırladaq ki, əvvəlcədən iclasın gündəliyinə 37 məsələnin daxil edildiyi bildirilmişdi.
Amma sonradan "Hərbi vəziyyət haqqında” qanun layihəsi gündəlikdən çıxarılıb.
7News.Az-ın məlumatına görə, qanun layihəsi növbəti iclasda gündəliyə daxil ediləcək.








