Rusiyanın Soçi şəhərində bir qadın sərnişin hərəkətdə olan qatardan atılıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, səbəbi bilinməyən olayda Tatarıstandan Soçiyə gələn qatarın bələdçisi qapını açaraq öncə qadın sərnişini aşağıya atıb, arxasınca isə çemodan və əşyalarını. Qatardan atılan qadın isə ayağa qalxaraq heç bir şey olmamış kimi əşyalarını toplayıb.
Təhlükəsizlik kamerası görüntüləri sosial çəbəkədə yayıldıqdan sonra ruslar bələdçinin bu hərəkətinə sərt reaksiya veriblər.
Hadisə ilə bağl istintaq başlayıb.
7News.Az










