Şirvan şəhər sakinləri heroin satarkən tutulublar.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Cabbar Umudov və Kamil Cəfərov Hacıqabul rayonu ərazisində 1 kiloqram heroini 10 000 (on min) manata satarkən tutulublar.
Faktla bağlı araşdırma aparılır.








