RU
Hərracda tələb təklifi iki dəfədən çox üstələyib
13:25
597

Hərracda tələb təklifi iki dəfədən çox üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

7news.Az quruma istinadən xəbər verir ki, hərracda 350 mln. manat cəlb edilib.

Tələb isə bundan 2,2 dəfə çox – 783,8 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ