RU
“Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq” — Elman Rüstəmovdan AÇIQLAMA
01:20
775

“Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq” — Elman Rüstəmovdan AÇIQLAMA

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

7news.Az xəbər verir ki, Elman Rüstəmov unikal.org-a açıqlamasında deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: "Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ