RU
Hesabat: Ermənilərin Şuşa Xalça Muzeyindən oğurladığı ən qədim xalçanın 350 yaşı var
19:32
288

Hesabat: Ermənilərin Şuşa Xalça Muzeyindən oğurladığı ən qədim xalçanın 350 yaşı var

2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açılıb.

7NEWS.Az-ın məlumatına görə, bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"da yer alıb.
Hesabatda bildirilir ki, ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ