RU
Həyat yoldaşı qətlə yetirilən məhkəmə sədri vəfat edib
20:50
522

Həyat yoldaşı qətlə yetirilən məhkəmə sədri vəfat edib

Azərbaycanda məhkəmə sədri vəfat edib.

7NEWS.Az xəbər verir ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov ötən gün ölüb. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkib.

Faktı APA-ya Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə il əvvəl Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudova yaşadıqları evdə qətlə yetirilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ