7NEWS.az xəbər verir ki, ABŞ-da epilepsiya xəstəsi olan 87 yaşlı kişinin ölümü zamanı aparılan elektroensefaloqramma (EEQ) ölçmələri ölüm zamanı beyində baş verən dəyişiklikləri üzə çıxarıb. İnfarkt keçirən xəstə EEQ testinə qoşulub və ölümündən 15 dəqiqə sonra beyin dalğaları qeydə alınıb. Araşdırmanın aparıcı müəllifi Dr. Ajmal Zemmar, bu prosesdə beynin yaddaşın xatırlanmasında rol oynayan qamma dalğaları istehsal etdiyini ifadə etdi. Bu, insanın həyatının ən vacib anlarını sonuncu dəfə xatırlaması ehtimalını gücləndirir.








