RU
Heydər Camal vəfat etdi
10:05
735

Heydər Camal vəfat etdi

Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal 70 yaşında dünyasını dəyişib.

 

Bu barədə onun "Facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal dəfələrlə birmənalı qəbul edilməyən bəyanatlarla çıxış edib. Bəzi çıxışlarında o, terrorçu-kamikadzelərin əməllərini dolayısı olaraq təqdir edib.

O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ