RU
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Bir sözlə yol mədəniyyətdir” adlı tədbir keçirilib
23:47
743

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Bir sözlə yol mədəniyyətdir” adlı tədbir keçirilib

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Milli Qəhrəman Mübariz İbrahimov adına "Gənc Nəqliyyatçılar" klubu tərəfindən "Bir sözlə yol mədəniyyətdir" layihəsi çərçivəsində tədbir keçirildi. Tədbirdə klubun təsisçisi və sədri Fuad Rəsul və Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışdılar.

Klub rəhbəri qeyd etdi ki, layihənin məqsədi ümumtəhsil və orta təhsil ocaqlarında yol hərəkəti və yol hərəkət nişanları haqqında şagirdlərə ətraflı məlumat verməkdir. Çıxış edənlər Kompleksin rəhbərliyinə bu layihənin keçirilməsinə yaratdıqları şəraitə görə minnətdarlıqlarını bildirdilər. Məktəbin direktoru Nasim Abışov öz çıxışında Kompleksdə belə maarifləndirici tədbirlərin keçirilməsinin bir ənənəyə çevrildiyini və bu tədbirin də şagirdlərin yol hərəkəti sahəsindəki biliklərinin artırılmasına xidmət etdiyini bildirdi. Tədbirdə maraqlı slaydlar nümayiş etdirildi, məlumatlar verildi.

Tədbir Karvan qurupunun ifası və şagirdlərin rəngarəng maraqlı rəqsləri ilə davam etdirildi. Sonda Kompleksin direktoru Sevinc xanım Rzayeva qonaqlara və bu cür maraqlı, yaddaqalan tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi. Qeyd edək ki, layihə 50-dən yuxarı orta təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ