RU
Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək məqsədi ilə bu ölkənin bayrağına bürünəcək
22:05
184

Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək məqsədi ilə bu ölkənin bayrağına bürünəcək

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 7-də saat 08.00-dan etibarən Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunacaq.

Bu barədə  Türkiyənin ölkəmizdəki səfriliyindən bildirilib.

Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 20.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ