RU
Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırıldı (YENİLƏNİB)
10:50
148

Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırıldı (YENİLƏNİB)

Bakının Nərimanov rayonunda yerləşən "Metro City” ticarət mərkəzinin ətrafındakı ticarət obyektlərində baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub.

Bu barədə 7News.Az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yanğın səbəbilə daha öncə F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
 
10.05

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunub.

Bu barədə 7News.Az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub. Qeyd edilən marşrut xətləri üzrə gecikmələr müşahidə olunur.

Qeyd edək ki, bu gün səhər saatlarından Nərimanov rayonunda yerləşən "Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ