20-ci əsrin ən böyük tarixi şəxsiyyətlərindən biri, dünya şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev haqqında danışmaq, onun xalq qarşısındakı əvəzsiz, misilsiz xidmətlərindən söz açmaq olduqca məsuliyyətlidir. Lakin onun keçdiyi çətin, şərəfli ömür yoluna, fəaliyyətinə, tarixi xidmətlərinə, gördüyü işlərə heç nəyin xatirinə deyil, tam obyektivlik, ədalət naminə qiymət vermək hər kəsin təkcə mənəvi borcu yox, həm də uğurudur. Məhşur filosoflardan biri belə demişdir; “ Dahi o kəs deyildir ki, nəyisə kəşf etsin, dahi o kəsdir ki, dahiləri kəşf etsin. Ümummilli lider, xalqının mənəvi atası Heydər Əliyev sözün əsl mənasında dahilər kəşf edən bir şəxsiyyətdir. Ölkəmizin hər bir vətəndaşı, 60 milyonluq Azərbaycan xalqı Heydər Əliyevin Azərbaycan üçün hansı işlər gördüyünü yaxşı bilir. Yaşlı və orta nəslin nümayəndələri Heydər Əliyevin əməli fəaliyyətinin canlı şahidləridir. Zaman-zaman formalaşacaq nəsillərə də Ümumilli liderin tarixi xidmətləri barədə dəyərli məlumatlar veriləcək və verilməlidir. Ən əsası ona görə ki, müasir tariximizin ən parlaq, şərəfli səhifəsi Ulu Ondər Heydər Əliyevin adı ilə bağlıdır. Əməlləri ilə adını tariximizin şərəfli səhifəsinə yazdıran Heydər Əliyev həm də özü bir tarix yazdı. Dahi şəxsiyyət Heydər Əliyev dühası Azərbaycanın dünya birliyinə inteqrasiyası, Azərbaycan vətəndaşının özünü dövlətin əsl sahibi hiss etməsi, həm də dövlətin müdafiəçisi olması və bunları təmin edən elə möhkəm özüllər hazırlayıb ki, o özül üzərində bərqərar olan qüdrətli Azərbaycan dövlətinin tarixi durduqca yaşaya biləcəyini gələcək nəsillərin o dövlətin vətəndaşları olmaları ilə fəxr edəcəklərinə tam zəmanət var. Bu gün dahi şəxsiyyət Heydər Əliyevin adı dövlətimizin inkişafı, xalqımızın tərəqqisi ilə birlikdə çəkilir. Ömrünün hər bir anı tarix, ən epizodik fəaliyyətinin ən adi fraqmenti nəsillərə nümunə olan bu böyük, qüdrətli insan bütün şüurlu həyatını öz millətinin, xalqının xoşbəxtliyinə həsr etmişdir. Xalqın dərdi ilə kədərlənmiş, xoş günləri ilə sevinmişdir. Ulu öndər Heydər Əliyevin isteyi, arzusu, amalı, ana məhəbbəti qədər müqəddəs olan vətən sevgisini gənclərə aşılamaq, onların mənəviyyatlarına hopdurmaqdır. Ondan ötrü ki, insan hansı məqama, mərtəbəyə yüksəlsə də, hansı ucalığı, zirvəni fəth etsə də, ilk və əbədi istinadgah vətənin müqəddəs sayılan torpağıdır. Hər bir insanın ilk təsəvvürləri, dünyagörüşü doğma torpaqla formalaşır, doğma torpaqdan vüsət alır. Xalqını sevən Heydər Əliyev əbədi səadəti, xoşbəxtliyi, vətən torpağına bağlılıqla gördüyündən daim gənc nəslə tövsiyyə edir ki, vətəni bir oğul, vətəni layiqli övlad kimi sevsin, harda olursa-olsun torpağa daim bağlı olsun vətənini əzizləsin. Elə bu amalla, bu arzu ilə üzünü gənclərə turaraq, Heydər Əliyev yol göstərir, nəsihət verir: “ Vətən bizim ata ocağımızdır. Hara getsək də, harda olsaq da, bizim fikirlərimiz, xəyallarımız daim bu ana müqəddəs torpaqdadir. Dünya da nə qədər ideyalar, məqamlar varsa bunların hamısının kökü insanın torpağa bağlılığından inkişaf edir. İnsanları yüksək amallara səsləyir, insanlar birgə yaşayışa, humanizmə, mədəniyyətə, ilk əvvəl doğma vətəni ilə bağlıdır. Eyni zamanda, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, doğma vətəninin adını və başını uca edir”. Qədim Şərq müdrikləri demişlər ki, alim elmi, cəngavər şücaəti ilə tanındığı kimi, abad məmləkətdə adil və müdrik başçısı ilə tanınır. Heydər Əliyev də Azərbaycan xalqının və bəşəriyyətin yüz ildə bir dəfə yetirdiyi dahi şəxsiyyətlərdəndir. Dədə Heydər-Atatürk Dərin-mavi gözləri Sakit yanan od-ocaq Alovunda düşmənlər yanacaq, kül olacaq Qaranlıqda işiqdır O işiğa yol açaq Məsləki varlığından Min qat böyükdür, böyük Böyüklüyün rəmzidir Dədə Heydər-Atatürk. 15 iyun 1993-cü il tarixində Ulu öndər Heydər Əliyev xalqın təkidi tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirtdi. Ümumilli liderin səyi sayəsində bütün çətinliklər dəf edildi və ölkəmiz öz inkişaf yoluna qədəm qoydu. Bu günkü inkişafın esasını məhz qurtuluş məfkurəsi təşkil edir. Azərbaycanda iqtisadi inkişafın təməli məhz həmin dövrdə, Umummilli lider Heydər Əliyevin respublikaya qayıdışından sonra qoyuldu. “ Əsrin müqaviləsi” Heydər Əliyevin neft strategiyasınının böyük uğuru idi. Dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri artiq fəaliyyətdədir və təsadüfi deyil ki, Heydər Əliyevin adıni daşıyır. Heydər Əliyevin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi nəticəsində müstəqillik illərində Azerbycan beynəlxalq aləmdə sivil dövlətlər sirasina çıxdı. Heydər Əliyev hüquqi dövlətin qurulmasına böyük əhəmiyyət verirdi. Bu məqsədlə də onun bilvasitə rəbərliyi altında xaıqin geniş müzakirəsindən sonra referendum yolu ilə 1995-ci ildə Azerbaycan Respublikasının Konstitutsiyasi qəbul olundu. Heydər Əliyev milli ideologiyamizin banisidir. Onun yeni yaranmış müstəqil dövlətin milli ideologiyasının məhz azerbaycançılıq olmasi ideyasını irəli sürməsi ölkə də yaşayan bütün xalqların monolit birliyini təmin etmişdir. Böyük öndər Azərbaycanın etnik əlvanlığını dövlətimizin tarixi siyasi nəaliyyəti hesab edir, bu nəaliyyətin qorunub saxlanmasına xüsusi diqqət və qayğıyla yanaşır, Azərbaycanın burada yaşayan hər kəsin doğma Vətəni olduğunu dönə-dönə vurğulayırdı. 1992-il noyabrın 21-də Naxçıvan şəhərində dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə yaradilmış Yeni Azərbaycan Partiyası insan hüquq və azadlıqlarının təmin olunduğu, demokratik prinsiplərə əsasən Azərbaycan xalqının inkişafına, Azərbaycan dövlətinin bütün sahələrdə tərəqqisinə xidmət edən geniş sosial bazaya malik olan, ölkənin bütün bölgələrində təmsil olunan və dəstklənən siyasi partiya müasir Azerbaycan ideologiyasının əsas hissəsi prioritet göstəricisidir. Partiyanın təbliğ etdiyi azerbaycançılıq ideologiyası ölkə liderlərinin- əvvəlcə Ümumilli lider Heydər Əliyevin, indi isə onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin xalq tərəfindən dəstəklənməsinin mühüm amilidir. Ulu Öndər Heydər Əliyev DağlIq Qarabağ probleminin və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün bütün siyasi, iqtisadi, hərbi və mənəvi bazanı yaratmışdır. Xalq inanır ki, ölkə üçün həll olunması vacib olan məsələləri İlham Əliyev xoş sonluqla başa çatdıracaqdır. Heydər Əliyevin ən böyük arzusu, niyyəti və ən əsas məqsədi Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etmək idi. Dahi rəhbərimiz dəfələrlə bilirmişdir ki, “ biz nəyin bahasına olursa olsun, lazım gələrsə son damla qanımıza qədər vuruşaraq torpaqlarımızı azad edecəyik və qaçqınlar öz dədə-baba torpaqlarına qayıdacaq”. Heydər Əliyev Azərbaycan xalqı üçün zəngin ideya irsi, siyasi məktəb, bu gün hər bir vətəndaşı maraqlandıran, zənginləşdirən mənəvi bir irs qoyub getmişdir. O ömrünün axırına qədər ona etibar edilmiş dövlət sükanını çox məharətlə idarə etmiş, Azərbaycanı burulğanlardan çıxararaq rəvan bir yola salmışdır. Bu gün Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi tarixin bizə bəxş etdiyi fenomen şəxsiyyətin siyasi kursunu uğurla davam etdirir.








